Tikinti Meneceri tikinti sahəsində güclü təcrübəyə, layihə və maraqlı tərəflərin idarə edilməsində, eləcə də maliyyə idarəçiliyində geniş biliyə malik olmalıdır. O, qonaqpərvərlik sənayesi, o cümlədən otel əməliyyatlarıvə bazar meylləri haqqında dərin biliklərə sahib olmalı, keyfiyyət təminatı və uyğunluq sahəsində bacarıqlı olmalıdır. Güclü problem həll etmə, qərarvermə, ünsiyyət və insanlarla işləmək bacarıqları bu vəzifədə uğur üçün vacibdir.
Mülki/İnşaat Mühəndisliyi və ya Memarlıqi xtisası üzrə bakalavr və ya magistr dərəcəsi.
Otellər, yaşayış binaları və ya iri "mixed-use" layihələr üzrə güclü portfelə malik minimum 7 illik iş təcrübəsi.
Multimədəniyyətli komandalar və beynəlxalq dizayn standartlarını əhatə edən layihələrdə ən azı 2 illik beynəlxalq iş təcrübəsi.
Yerli tikinti qaydaları və plan təsdiqi prosedurları barədə biliklər.
Əla ünsiyyət, əlaqələndirmə və təqdimat bacarıqları.
LEED və ya bənzər davamlılıq sertifikatına malik olmaq üstünlükdür.
Tələb olunan təcrübə və bacarıqlar:
Layihənin bütün mərhələlərində müştəri/investor nümayəndəsi kimi çıxış etmək və əsas qərarları qəbul etmək.
Layihələrin həcmi, vaxtı, dəyəri və keyfiyyət tələblərinə uyğun şəkildə tam icrasına ümumi məsuliyyət daşımaq.
Müşavirləri, podratçıları və digər tərəfləri idarə etmək və əlaqələndirmək.
Layihə ilə bağlı Müşavirlərdən, Podratçılardan vədigər tərəfdaşlardan daxil olan məktublara və yazışmalara cavab vermək.
Dizayn İdarəetməsi mərhələsində Dizayn Komandasına dəstək vermək.
Satınalmalar, müqavilə strategiyası, dəyər və xərclərini darə edilməsi, tenderin hazırlanması və büdcələşmə məsələlərində Kommersiya Komandasına dəstək göstərmək.
Layihə ilə bağlı yerli icazələr və digər hüquqi sənədlərin alınması üçün təşkilatın Hüquq Komandası ilə əlaqəli işləmək.
Layihənin büdcə, vaxt, keyfiyyət, sağlamlıq və təhlükəsizlik, dizayn statusu üzrə həftəlik və aylıq hesabatlarını hazırlamaq, risk və düzəldici tədbirlər planı təklif etmək.
Layihə İdarəetmə Şirkətləri (PMC-lər), podratçılar, müşavirlər və digər maraqlı tərəflərlə irəliləyiş iclaslarında iştirak etmək.
Layihə Direktoru / Layihə Menecerinə hesabat verəcək.
Müraciət üçün:
Zəhmət olmasa, mövzu hissəsində vəzifə adını göstərməklə, CV-nizi careers@pre.az ünvanına 28.11.2025 tarixinədək göndərin.